Erməni rəqqasə bayrağı təhqir etdi, həbs edildi
03 mart 2015 01:01 (UTC +04:00)

Erməni rəqqasə bayrağı təhqir etdi, həbs edildi

Misirdə göbək rəqslərinin ifaçısı, məşhur erməni Sofinar Misir bayrağını təhqir etdiyi üçün həbs edilib.

 

APA-nın “anspress.com”-a istinadən məlumatına görə, bir qədər sonra rəqqasə girov pul müqabilində azad edilib.

 

Keçən il onu Misir bayrağının təhqiri haqqında işin araşdırılması çərçivəsində ölkə prokurorluğuna dindirməyə çağırmışdılar. Sofinarın səhnə kostyumlarından biri Misir bayrağının rənglərində olub.

 

Yerli qanunlara əsasən, bayrağın təhqir olunması bir il həbs və ya 4000 min ABŞ dollarında cərimə ola bilər. Sofinar Misirdə çox məşhurdur, o artıq bəzi filmlərdə və teleşoularda iştirak edib. Erməni rəqqasə həmçinin nüfuzlu toylarda çıxış edir. O bir neçə dəfə Misirə sevgisini etiraf edib və həmişəlik orada qalmağa hazırlaşdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar