Moskvanın Züzin rayon məhkəməsi erməni əsilli gizir Valeri Danielyanı Rusiya Müdafiə Nazirliyinə məxsus hərbçilər üçün nəzərdə tutulmuş 150 mənzili mənimsədiyinə görə 12 il azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə məhkəmədən bildirilib.
Məhkəmə həmçinin giziri 300 min rubl məbləğində cərimələyib.
Qeyd edək ki, məhkəmə qarşısına Valeri Danielyan ilə cinayət əməlidə əlbir olan daha 4 nəfər çıxarılıb. Violetta Fursova 8 il, Vera Maslovskaya 6, İqor Qaniçev 6,5, Aleksey Syomin 5,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd olunan şəxslər də 150 min-200 min məbləğində cərimələnib.
İstintaqın materiallarına əsasən, Danielyan cinayətkar qrupu yaradaraq Rusiya Müdafiə Nazirliyinə və Moskva Mənzil Departamentinə məxsus mənzilləri mənimsəmək məqsədi ilə dələduzluq planı hazırlayıb.