Türkiyəlilərdən rüşvət alan erməni məmur həbs edildi
29 sentyabr 2014 14:52 (UTC +04:00)

Türkiyəlilərdən rüşvət alan erməni məmur həbs edildi

Rusiyada erməni əsilli məmur həbs edilib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Karelia Respublikasının əmək nazirinin birinci müavini, erməni əsilli Givi Karapetov türkiyəli işçilərin yataqxanalarda qalması üçün 50 min rubl (təxminən 1200 dollar) rüşvət alarkən cinayət başında tutulub.

Əməliyyatı Rusiya xüsusi xidmət orqanları həyata keçirib.

Verilən məlumatda qeyd olunur ki, Karapetov əvvəllər də rüşvət alıb. Hadisə ilə bağlı istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar