Erməni baş nazir sərsəmlədi: “Ermənistan və Dağlıq Qarabağ vahid ərazi olacaq”
16 may 2014 18:55 (UTC +04:00)

Erməni baş nazir sərsəmlədi: “Ermənistan və Dağlıq Qarabağ vahid ərazi olacaq”

Ermənistan və Dağlıq Qarabağ vahid ərazi olacaq.


 

APA-nın məlumatına görə, bunu “Azatutyun” radiosuna müsahibəsində Ermənistanın baş naziri Ovik Abramyan bəyan edib.

 

O.Abramyan bu sözləri Avrasiya iqtisadi komissiyası nümayəndəsinin bəyanatını şərh edərkən deyib.

 

Qeyd edək ki, mayın 14-də İrəvan-Moskva-Minsk-Astana telekörpüsü zamanı Avrasiya iqtisadi komissiyasının inkişaf və inteqrasiya departamentinin beynəlxalq tərəfdaşlıq şöbəsinin müdiri Anton Azarov Ermənistanın Avrasiya İttifaqına qəbulundan sonra ümumi sərhədin respublikanın mövcud sərhədlərindən keçəcəyini bildirib. Qondarma Dağlıq Qarabağ Respublikasına gəlincə isə A.Azarov separatçı rejimin Avrasiya İttifaqına qoşulması məsələsinin ümumiyyətlə nəzərdən keçirilmədiyini bəyan edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar