Erməni ata oğlanlarını orduya göndərməkdən imtina edir
30 may 2015 14:12 (UTC +04:00)

Erməni ata oğlanlarını orduya göndərməkdən imtina edir

8 oğul atası Xaçik Xaçatryan özünün 7 oğlunu orduya göndərməkdən imtina edir.

 

Musavat.com-un məlumatına görə, bu barədə “Qraparak” qəzeti yazıb.

 

“Tez-tez hərbi komissarlıqdan gəlib narahat edirlər. Deyirlər ki, biz uşaqları tibbi müayinəyə göndərməliyik. Mən isə icazə vermirəm, deyirəm nə qədər ki, dövlət mənə nə iləsə kömək etməyib, uşaqlardan heç birini orduya qoymayacağam. Müdafiə naziri Seyran Ohanyan isə fikirləşməlidir ki, bu uşaqlar üçün nə eləmək olar. Orduya getmək vaxtıdır deyirlər, amma fikirləşmirlər ki, ailəyə necəsə kömək eləmək, nəsə etmək lazımdır ki, biz uşaqları hərbi xidmətə göndərə bilək”, – deyə qəzetin əməkdaşına erməni valideyn söyləyib.

 

Qeyd edək ki, çoxuşaqlı ailə 9 metrlik vaqon-evdə yaşayır. Xaçatryanın sözlərinə görə, tezliklə onları buradan qovacaqlar, getməyə isə yerləri yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar