Erməni ailəsini öldürən hərbçiyə hökm oxundu
12 avqust 2015 21:30 (UTC +04:00)

Erməni ailəsini öldürən hərbçiyə hökm oxundu

0

Ermənistanın Gümrü şəhərində  erməni ailəsini qətlə yetirən Rusiya hərbçisi Valeri Permyakovun məhkəməsi keçirilib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Gümrü qarnizonun daxil olduğu Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin məhkəməsi Valeri Permyakovu fərarilik və hərbi hissəni qanunsuz olaraq silahla tərk etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edib.

 

Valeri Permyakov tərəfindən bu ilin yanvar ayında Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünün qətlə yetirməsi ilə bağlı işə Ermənistan məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar