Tacikistanın paytaxtı Düşənbədə faciəvi hadisə baş verib.
Lent.az xarici KİV-ə istinadən məlumatına görə, həyat yoldaşının ikinci qadınla evlənmə qərarına etiraz olaraq intihar etmək istəyib. Qadın üç azyaşlı övladı ilə suya tullanıb. İntihar edən gənc qadın sağ qalıb, lakin uşaqların hər üçü ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Tacikistanda çoxarvadlılıq qanunla qadağan edilib.