Ərəb şəhzadəsi cinsi təcavüzdə günahlandırılır
26 sentyabr 2015 04:55 (UTC +04:00)

Ərəb şəhzadəsi cinsi təcavüzdə günahlandırılır

0

Səudiyyə Ərəbistanlı bir şəhzadə Beverly Hills şəhərindəki lüks evin işçisinə cinsi təcavüz etdiyi iddiası ilə Los Angelesdə saxlanılıb.

 

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Los Angeles Times” qəzetində yer alıb. Los Angeles polisi 28 yaşlı Məcid Əbdüləziz əl Suudun Çərşənbə günü saxlanıldığını və 300 min dollar girovla ertəsi gün sərbəst buraxıldığını bildirib.

 

Şəhzadə cinsi təcavüz iddiası ilə oktyabrın 19-da məhkəmə qarşısına çıxacaq. Polis əl Suudun diplomatik toxunulmazlığı olmadığın qeyd edib.

 

Qeyd edək ki Səudiyə Ərəbistanı səfirliyi hadisə ilə bağlı heç bir açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar