Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlığı Şurası (FKƏÖƏŞ) İran tərəfindən düşmən addımlarının atılacağı təqdirdə əlavə tədbirlər görmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün təşkilata üzv olan ölkələrin XİN rəhbərlərinin təcili görüşün yekunlarına dair qəbul olunan bəyanatda deyilir.
FKƏÖƏŞ XİN rəhbərləri Səudiyyə Ərəbistanının Tehran və Məşhəddəki diplomatik missiyalarına hücumlara görə məsuliyyəti İran hökumətinin üzərinə qoyublar.