Ərəb ölkələri vahid ordu yaradır
26 avqust 2015 04:10 (UTC +04:00)

Ərəb ölkələri vahid ordu yaradır

Ərəb ölkələri Liqasına üzv olan dövlətlərin XİN rəhbərləri və müdafiə nazirləri avqustun 27-də Qahirədə keçiriləcək xüsusi iclasda vahid ərəb silahlı qüvvələrinin yaradılmasına dair protokol imzalayacaqlar.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin “Əl Fəcr” nəşri məlumat yayıb.

 

Qeyd edək ki, vahid ərəb silahlı qüvvələrinin yaradılması ideyası cari ilin martında Şarm əş-Şeyxdə keçirilmiş ərəb sammitində Misir prezidenti Fəttah əs-Sisi tərəfindən irəli sürülüb və Ərəb ölkələri Liqasına üzv olan dövlətlər tərəfindən dəstəklənib. Terrorçuluqla birgə mübarizə, ərəb ölkələrinin milli təhlükəsizliyinin qorunması, bölgədə sülhməramlı əməliyyatlarının aparılması vahid ərəb silahlı qüvvələrinin əsas vəzifələri kimi müəyyən edilib.    

 

Layihəyə əsasən, vahid ərəb silahlı qüvvələrinin tərkibində 40 min hərbçi, minlərlə hərbi pilot və 3 min Hərbi Dəniz Qüvvələrinin əsgəri xidmət çəkəcək. Vahid ərəb silahlı qüvvələri qərargahı Qahirədə yerləşəcək.

 

Diplomatik mənbələrin məlumatına görə, Misirdən başqa, layihə artıq BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Yəmən, Liviya, İordaniya və Mərakeş tərəfindən dəstəklənib. Liviya hətta birgə qüvvələrin formalaşdırılmasına dair qərar qəbul olunduqdan sonra ölkə ərazisində fəaliyyət göstərən İŞİD və digər terrorçu qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə yardım xahişi ilə müraciət edəcəyini bildirib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35