Ərəb koalisiyası: "İran səfirliyinin bombalanması məlumatı yalandır"
08 yanvar 2016 07:17 (UTC +04:00)

Ərəb koalisiyası: "İran səfirliyinin bombalanması məlumatı yalandır"

0

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası  İranın Yəməndəki səfirliyinə hücum olunduğu barədə ittihamları təkzib edib.   

 

“Aparılmış araşdırma bu məlumatların yalan olduğunu və səfirliyin yerləşdiyi rayonda hər-hansı əməliyyatın keçirilmədiyini müəyyən edib”, deyə  koalisiyanın məlumatında bildirilir.   

 

Qeyd edək ki, ötən gün İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.

 

İRİB-in məlumatına görə, Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. “Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır”, - deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar