<span style="color:red;">ŞOK:  terrorçu qadın aylarla Ərdoğanın sarayında işləyib
28 iyul 2015 11:30 (UTC +04:00)

ŞOK: terrorçu qadın aylarla Ərdoğanın sarayında işləyib

"Twitter" statusları ilə Türkiyənin gündəmini əvvəlcədən təxmin edən Fuat Avninin daha bir iddiası gerçək olub. Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında (Ağ Saray) DHKP-C terror təşkilatının üzvü olan qadının xadimə  işlədiyi üzə çıxıb. Ankara polisinin keçirdiyi əməliyyatla həbs edilən G.B. adlı həmin qadının 10 ay  prezident sarayında işlədiyi müəyyənləşib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Qızılay adlanan ərazidə keçirilən aksiyaya polis müdaxilə etmişdi. Həmin vaxt saxlanılan 13 nəfərdən biri də məhz yuxarıda haqqında qeyd olunan G.B. adlı qadın olub. Araşdırma nəticəsində üzə çıxıb ki, bu qadın 10 ay ölkə başçısının iqamətgahında çalışıb və bir müddət əvvəl işdən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar