APA TV-nin məlumatına görə, bu məsələ AKP İğdırda bələdiyyə seçkilərini uduzduqdan sonra gündəmə gəlib. İğdırda 8 min üzvü olan partiya seçkilərdə cəmi 4500 səs topladıqdan sonra AKP yerli təşkilatının sədri istefa verib. İğdırlılar hesab edir ki, AKP-nin seşkilərdə məğlubiyyətinə səbəb partiyanın rəhbər strukturlarında azərbaycanlıların təmsil olunmamasıdır. AKP İğdır təşkilatına milliyətcə kürd vətəndaşların rəhbərlik etməsi azərbaycanlı seçicilərin başqa partiyaların namizədlərinə səs verməsinə səbəb olub. Azərbaycanlılar hesab edir ki, əgər AKP İğdır təşkilatına azərbaycanlı rəhbər təyin olunsa, partiya növbəti seçkilərdə İğdırda zəfər qazanacaq. Azərbaycanlıları öz ətrafında toplaya biləcək ən şanslı namizəd isə İğdır tarixində ilk dəfə ard-arda iki bələdiyyə seçkilərində qalib gəlmiş, 2009-cu il seçkilərində isə bütün təzyiqlərə rəğmən 33 faiz səs toplamış Nurəddin Arasdır. İğdırlılar hakim partiyanın seçkilərdəki məğlubiyyətini və çıxış yolunu da bilirlər. İğdır sakini Məhəmməd Sayhan deyib ki, İğdırda Nürəddin Arasın AKP rayon təşkilatına seçilməsi ilə bağlı söhbətlər gəzir. İğdırdakı 100 min azərbaycanlı buna çox sevinib. Biz Azərbaycan türkləri olaraq İğdırda iqtidarla birlikdə fəaliyyət göstərmək istəyirik. 10 il ərzində İğdırda bələdiyyə sədri olmuş Nürəddin Arasın AKP-nin rayon təşkilatına sədr seçiləcəyi xəbəri biz 100 min azərbaycanlını çox sevindirib. Bununla bağlı AKP-dən gələcək xəbəri səbirsizliklə gözləyirik". İğdır Şəhid Ailələri Dərnəyinin təsisçisi Qənbər Güzəlkayanın sözlərinə görə, bu günə kimi İğdırda hakim partiyanın yerli təşkilatları həmişə kürd vətəndaşların nəzarətində olub. O deyir ki, azərbaycanlılar son 100 ildə İğdırı ədalətlə idarə ediblər, amma son 12 ildə soydaşlarımıza qarşı açıq-aşkar ayrı-seçkilik siyasəti aparılır. Səbəb isə hakim partiya strukturlarına azərbaycanlı namizədin rəhbərlik etməməsidir. Qənbər Güzəlkayanın sözlərinə görə, təşkilata azərbaycanlı rəhbər təyin olunsa, soydaşlarımız İğdırda AKP-ni can bir qəlbdən dəstəkləyəcəklər. "AKP-nin İğdırda bələdiyyə seçkilərini uduzması düşündürücüdür. Nurəddin Aras AKP-yə müraciət etdiyi və baş nazirin ona bu şansı verdiyi halda biz də vətəndaş cəmiyyətinin üzvü, İğdır xalqı olaraq Nurəddin bəylə bərabər olacağıq və lazım gələrsə, bütün seçkilərdə ona dəstək verəcəyik. İqtidarın nemətlərindən faydalanacağıq. Şəhərimizdəki problemlər həll olacaq və torpağımız həqiqi mənada haqqı olanı əldə edəcək". Qondarma Erməni Soyqırımı İddialarına qarşı Mücadilə Dərnəyinin rəhbəri Göksəl Gülbəy də bu fikirləri bölüşür. O hesab edir ki, əgər İğdırda 2 dəfə bələdiyyə başqanı seçilmiş, güclü elektorata sahib olan Nurəddin Aras AKP bölgə təşkilatının rəhbəri seçilsə, azərbaycanlılar hakim partiyanın mövqeyini tam dəstəkləyəcəklər. Göksəl Gülbəy iğdırlıların Nurəddin Arasın namizədliyi üzərində dayanmasını bir cümlə ilə izah edir - hakim partiyaya azərbaycanlıların dəstəyini qazandıra biləcək ikinci namizəd faktiki olaraq yoxdur. "İğdırdan 30 ildir çıxmış, orta məktəb məzunu, diplomu olmayan bir ankaralı 10 il bələdiyyə sədri olmuş şəxsə nisbətən birinci olur. Xalq buna hiddətlənib. AKP-nin İğdırda qələbə qazanması mümkündür. Bu yalnız Azərbaycan türkü olan birinin sədr seçilməsi ilə baş tuta bilər. Nurəddin Aras seçilsə AKP-nin burada nüfuzu artacaq, burada daha yaxşı nəticələr əldə edəcək, xüsusilə buradakı azərbaycanlılar və BDP-li olmayan kürdlər AKP-yə axışacaq". Qeyd edək ki, artıq Nurəddin Aras boş qalan AKP İğdır təşkilatının rəhbərliyinə öz namizədliyini rəsmən irəli sürüb. Ankarada AKP rəhbərliyi ilə görüşlər keçirən Nurəddin Arasın namizədliyi müsbət qarşılanıb. Partiyanın rəhbər orqanları yekun qərarı yaxın günlərdə açıqlayacaqlar.
DÜNYA
- Ana səhifə
- DÜNYA
Ərdoğanın partiyasının rəhbər strukturunda azərbaycanlı təmsil oluna bilər
- Leysan, şimşək, dolu - Hava XƏBƏRDARLIĞI
- Dünyanın sonunun dəqiq tarixi ilə bağlı qorxulu PROQNOZ
- Leyla Əliyeva ailə fotosunu paylaşdı
Oxşar yazılar
XƏBƏR LENTİ
07:14Kənd təsərrüfatında süni intellektdən istifadə ediləcək
06:11BYD yenə rekord vurdu – Satışlar 18% artdı
05:23Süni intellekt mağazalarda satıcıları əvəz edəcək
03:21Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm
02:18Universitet dərslərində müəllimi süni intellekt əvəz edir
01:11Sakinlər fəryad edir: "Evimizi söküb, bizi zorla çıxartdılar…" - VİDEO
00:15Pul cəsurları sevir: mənfəət üçün risk etməkdən qorxmayan BÜRCLƏR
23:29Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO
22:46Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama
21:47Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi
21:26Sürücülərin diqqətinə: Biləcəri yolu tam bağlanacaq
20:30Sabahın hava proqnozu
20:21“Binanın altı qazılır” – Həzi Aslanovda tikinti işlərinə etiraz - VİDEO
20:15Endirim, yoxsa qiymət oyunları? - Cibinizdən belə pul çıxır
20:00Azərbaycanda tur-paket FIRILDAĞI: pulları uşağının doğumuna xərcləyən qadın həbs olundu
19:49Mbappeni oğurlamaq istəyən gənc saxlanıldı
19:35İspan aşpazlar düyünü suda bişirmirlər - Dadlı alınmasının sirri
19:20Bakıda 90 yaşlı qadın evində ölü tapıldı
19:06400 kişi ilə yatan porno ulduzu ilk dəfə ana oldu
18:59Goranboydakı partlayışla bağlı fövqəladə TOPLANTI
18:50Sentyabr ayında Qoç, Buğa və digər iki BÜRC ciddi qərar verəcək - Görün nə ilə bağlıdır
18:3540 il sonra yenidən zirvədə: 1987-ci ilin rok mahnısı ən yaxşılar sırasına düşdü
18:21Bakıda kişi kirayə yaşadığı evdə ölü tapıldı
18:12ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!
18:06Yayın ən bahalı 10 transferi
17:54Qanunsuz arıqlama çayları satan "həkim-dietoloqlar" İFŞA OLUNDU
17:52Tiktokda nalayiq paylaşımlara görə HƏBS EDİLDİ
17:37Kartınızdan xəbərsiz pul çıxır? - Səbəbini öyrənin
17:30MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
17:22Yaşlı insanlar üçün ən uyğun 7 kiçik it cinsi
17:06Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı
17:05Qısaldılmış iş vaxtı kimlərə şamil olunur? - RƏSMİ CAVAB
17:04“Nizami” metrostansiyası qarşısında daha bir YENİLİK
16:48Məşhur müğənnini idman zalının qarşısında güllələyib öldürdülər
16:33İçib gömrük qapısına uzanan iranlı həbs edildi
16:19Marketdə “silahlı duello”, müştərilərin gözü qarşısında atəş açıldı -VİDEO
16:10Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan
16:04Eyni dərman, fərqli qiymət: Aptekdə niyə biri 5, digəri 20 manatdır?
15:59Çinin baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı
15:55Məktəb bazarlığı cib yandırır: “300 manat kifayət etmir...” - VİDEO
15:49"Real"ın müdafiəçisi saxlanıldı
15:41Qəbələ-Laza yolunu sel apardı - VİDEO
15:35“Yaponçik”in sağ əli Əlisultan azadlıqda: Cəzadan necə yayındı?
15:24Rüşvətlə rəy yazan ekspertə CƏZA İSTƏNİLDİ
15:21Qəbələdə "Çevik"ə hücum: saxlanılan var
15:15MİDA-nın adından süni intellektlə sənəd hazırlayan qadınlar TUTULDU - VİDEO
15:09100 yaşlı kişi tələbə oldu
15:04Bakı–Tbilisi qatarlarına saxta bilet satışı ilə bağlı XƏBƏRDARLIQ
15:01Unitazdan pis qoxu gəlir? - Bu məhluldan əlavə edin
14:54Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
14:48Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
14:46Salma Hayek 60 yaşında – Gənc görünüşünün sirrini açıqladı -FOTOLENT
14:40"Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
14:31Bakıda 68 yaşlı ustanı "tok" vurub öldürdü
14:27Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
14:16“Musiqidən başı çıxan adam onu nə proqrama çağırar, nə toyuna” – Rəvan Qarayevlə MÜSAHİBƏ
14:02İker Kasilyasın yeni sevgilisi – Venesuela gözəlidir - FOTOLENT
13:54Dövlət qurumlarının adından gələn zənglərə İNANMAYIN: ÇAĞIRIŞ
13:47Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq memorandumu təsdiq edildi - FƏRMAN
13:44Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM