Türkiyənin baş naziri Ərdoğanın lideri olduğu partiyadan (Ədalət və İnkişaf Partiyası) daha bir yüksək vəzifəli şəxs istefa verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxs AKP-nin Ankara bölgə təşkilatının sədri Murad Alpaslandır. Təşkilat sədrinin istefası adıçəkilən partiyada sürpriz dəyişiklik kimi qarşılanıb.
Qeyd edək ki, 30 mart bələdiyyə seçkilərində məğlub olan bölgələrin AKP təşkilatlarının sədrləri istefa veriblər.