Ərdoğanın kürəkəni nazir təyin edildi
24 noyabr 2015 17:17 (UTC +04:00)

Ərdoğanın kürəkəni nazir təyin edildi

0

Bu gün Türkiyədə yeni hökumətin tərkibi elan edilib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın kürəkəni Berat Albayrakın yeni nazirlər kabinetinə daxil olması diqqəti cəlb edir. B.Albayrak yeni kabinetdə enerji və təbii sərvətlər naziri vəzifəsini tutacaq.

 

Qeyd edək ki, B.Albayrak 1 noyabr seçkilərində Ədalət və İnkişaf Partiyasından İstanbuldan namizəd göstərilib və 6-cı sıradan seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar