Türkiyə Mərkəzi Seçki Komissiyası ölkənin baş nazirinin prezident seçkilərindən əvvəl istefa vermək istəyini yolverilməz hesab edib. Lent.az-ın məlumatına görə, qurum Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində iştirakına görə baş nazirlik postundan istefa verəcəyi ilə bağlı tələblərini rədd edib.
Ərdoğan əvvəlki kimi baş nazir vəzifəsini icra edəcək.