“Ərdoğan istefa verməyəcək, özünüzü yormayın”
03 iyul 2014 04:37 (UTC +04:00)

“Ərdoğan istefa verməyəcək, özünüzü yormayın”

0

Prezidentliyə namizədliyi irəli sürülən Rəcəb Tayyib Ərdoğan baş nazir vəzifəsindən istefa verməyəcək. Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, bunu Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Hüseyn Çelik bildirib.

 

Onun sözlərinə görə, bu barədə nə Konstitusiya hökmü, nə də Yüksək Seçki Komissiyasının qərarı var: "Hörmətli baş nazirimiz istefa verməyəcək. Boş yerə özünüzü yormayın".

 

Xatrıladaq ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidentliyinə namizəd olandan sonra Ədalət və İnkişaf Partiyasından müvəqqəti olaraq, baş nazir postunu 6 nəfərdən birini tutacağı ehtimal edilirdi.

Onların arasında indiki prezident Abdullah Gül də daxil olmaqla, keçmiş nəqliyyat naziri Binali Yıldırım, baş katib Mehmet Əli Şahin, AK Partiyada “ağabəy” kimi tanınan Bülənt Arıcn və Bəşir Atalay, bir də ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun adı çəkilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1349

Oxşar yazılar