Ərdoğandan yeni İraq açıqlaması
12 dekabr 2015 02:31 (UTC +04:00)

Ərdoğandan yeni İraq açıqlaması

İraqın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciəti doğru addım deyil.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jezeera” telekanalına müsahibəsində deyib.

 

“Onların BMT-yə müraciət etməyə hüquqları var, lakin bu doğru addım deyil”, deyə Ərdoğan bildirib.

 

Xatırladaq ki, dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD-lə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək hərbçilərin çıxarılmasını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar