Ərdoğandan toyda oxuyan müğənniyə DƏSTƏK
22 dekabr 2014 18:12 (UTC +04:00)

Ərdoğandan toyda oxuyan müğənniyə DƏSTƏK

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan qatıldığı toy məclisində qarşılaşdıqları müğənni Niran Ünsala dəstək veriblər. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan və həyat yoldaşı ilə bir müddət söhbət edən Niran Ünsal mediaya görüş haqda bunları deyib: “Səmimiyyətləri məni inanılmaz sevindirdi. Hər ikisi son vaxtdakı mübarizəmə ciddi mənada dəstək verdilər. Nəyin necə baş verdiyini çox ciddi şəkildə analiz ediblər. Bu mənim üçün çox önəmli idi. Son vaxtlar aldığım ən gözəl dəstək idi”.

 

Niran Ünsal bir müddət öncə “Aysha” jurnalına verdiyi cəsarətli pozalar və verdiyi ifadələrlə qınaq obyektinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar