Ərdoğandan Kılıcdaroğluna qarşı 200 minlik iddia
18 aprel 2014 23:23 (UTC +04:00)

Ərdoğandan Kılıcdaroğluna qarşı 200 minlik iddia

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdarolğuya qarşı təzminat iddiası qaldırıb.

 

Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə,  Kılıcdaroğlunun mitinqlərdə, CHP-nin toplantılarında Ərdoğan və ailəsinə “çeşidli iftiralar atması”, habelə “montaj, şantaj qrupunun uydurduğu səslərin, kasetlərin yayılmasını” və sairi əsas götürərək, ona qarşı iddia qaldırılıb.

 

Baş nazirin vəkilləri Əli Özkaya və Bürhanəddin Sevencanın qaldırdığı iddia ərizəsində vurğulanıb ki, bütün dünyada olduğu kimi Türkiyədə də Ana Yasada nəzərdə tutulan “xəbərləşmə azadlığı və özəl həyatın gizliliyi” qaydalarına qarşı olaraq, “gizli dinləmə, montaj, şantaj və hədə” kimi vasitələrdən istifadə olunub.

 

 

Vəkillər bu kimi məsələləri əsas götürərək, Kamal Kılıçdaroğludan  200 min lirə mənəvi təzminat tələb edib. Onlar müvəkkilinin “insan haqlarının pozulduğunun” bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460
avatar

Oxşar yazılar