Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Məclisinin sədri Con Boehneri qəbul edib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, görüş zamanı hökumət başçısı amerikalı qonağını diqqətinə 1915-ci illə bağlı erməni uydurmasına Türkiyənin həssas yanaşdığını çatdırıb. O, bu məsələnin Türkiyə - ABŞ arasındakı əlaqələrə təsir etməsinin yolverilməz olduğunu vurğulayıb.
ABŞ parlamentinin sədri də deyib ki, 1915-ci illə bağlı iddiaları tarixçiləri araşdırmasına buraxmaq lazımdır.
Görüşdə Ukrayna və Suriyadakı vəziyyət də müzakirə olunub.