Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı terror aktı ilə əlaqədar oktyabrın 12-də Türkmənistana planlaşdırılmış səfərini təxirə salıb. APA-nın məlumatına görə, bu barədə “Vatan” nəşri prezident administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.
Qeyd edək ki, oktyabrın 12-də Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılmışdı.