Ərdoğan taksi dayanacağına gedib simit yedi - VİDEO
23 noyabr 2015 18:31 (UTC +04:00)

Ərdoğan taksi dayanacağına gedib simit yedi - VİDEO

0

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Ankaradakı “Ziral Donatım Taksi” dayanacağına sürpriz ziyarət edib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə,  taksi sürücülərinin işləri ilə maraqlanan Ərdoğana simit və çay təklif edilib.

Ərdoğanın ziyarəti əsnasında maraqlı anlar da yaşanıb. Belə ki, söhbət zamanı dayanacağa gələn zəngi Ərdoğan özü cavablandırıb: “Buyurun, Ziral Donatım Taksi. Mənəm prezident”.

Ziyarətdə yaşanan digər maraqlı fakt isə taksi sürücülərindən birinin telefon zənginin Ərdoğan və sürücülərin gülüşünə səbəb olması olub.  

Sonda Ərdoğan sürücülərlə xatirə şəkli çəkdirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar