Ərdoğan sosial şəbəkələrdən Konstitusiya məhkəməsinə şikayət edib - <span style="color:red;">YENİLƏNİB
19 aprel 2014 10:58 (UTC +04:00)

Ərdoğan sosial şəbəkələrdən Konstitusiya məhkəməsinə şikayət edib - YENİLƏNİB

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan özünün və ailəsinin insan haqlarının sosial şəbəkələrdə pozulduğu iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, baş nazir özünə və ailəsinə qarşı sosila şəbəkələrdə yalan xəbərlərin yayıldığını bildirib.

 

Şikayət ərizəsində “Tvitter”dən “BASCALAN” adlı profildən qeydə alınan səslər, “YouTube”-dən isə “ismailsaymaz” adlı səhifədən  montaj edilən səslər yayılıb.

 

Xatırladaq ki, Ərdoğanın yaxın ətrafını korrupsiya qalmaqalında günahlandıran audio yazıların yayılmasından sonra Türkiyə hökuməti “Twitter” və “Youtube” saytlarına Türkiyə ərazisində girişi dayandırmışdı. Aprelin əvvəllərindən etibarən söz azadlığını məhdudlaşdırdığı əsas gətirilərək Konstitusiya məhkəməsi “Twitter”-ə qoyulan qadağanı aradan qaldırsa da “Youtube” saytına giriş hələ də bərpa edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460
avatar

Oxşar yazılar