Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, tərəflər Krımın Rusiyaya birləşdirilməsi məsələsi ətrafında fikri mübadiləsi edib.
Ərdoğan deyib: “Krım türklərinin zərər görməməsinə böyük önəm veririk”.
Bundan başqa iki ölkə arasındakı əməkdaşlıq, o cümlədən energetika sahəsində əlaqələr də müzakirə edilib.
Telefon danışığının təşəbbüskarı Rəcəb Tayyib Ərdoğan olub.