Ərdoğan Obamaya zəng elədi
19 oktyabr 2014 20:05 (UTC +04:00)

Ərdoğan Obamaya zəng elədi

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, iki dövlət başçısı arasındakı söhbətin mövzusu İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizə barədə olub. 

Hər iki dövlət başçısının fikrincə, İŞİD-ə qarşı mübarizə gücləndirilməlidir və dövlətlərin bu istiqamətdəki səyləri birləşdirilməlidir. 


Türkiyə tərəfi Ərdoğanın Kabildən İstanbula döndükdən sonra Obamaya zəng etdiyini bildirib. Məlumatda deyilir: 

"Telefon söhbətində İŞİD-in irəliləməsini dayandırmaq istiqamətində görülə biləcək tədbirlər və Kobani daxil olmaq üzrə Suriya məsələsi müzakirə edilib. Görüşdə təxminən 180 min kobanilinin də aralarında olduğu sayı 1,5 milyonu keçən suriyalını qəbul edən Türkiyənin bu insanlara etdiyi yardımlara da toxunulub. Ərdoğan və Obama İŞİD-ə qarşı ortaq mübarizəni gücləndirmək üçün daha yaxından əməkdaşlıq etməyi davam etdirmək barədə razılaşdılar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1264

Oxşar yazılar