“İsrailin hərəkətlərinə biz müsbət yanaşa bilmərik. Yenə təkrarlamaq istəyirəm ki, uşaqları ən yaxşı öldürməyi bilən ölkə İsraildir”. Lent.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib. O qeyd edib ki, hazırda Fələstində yaşanan hadisələrə görə dünyanın vicdanı ağrımır: “Çox təəssüf ki, heç bir dövlət İsraili qınamır, ona görə də adıçəkilən dövlət zülmlərini davam etdirir”.
Türkiyə hökumətinin başçısı İslam ölkələrinə də müraciət edib: “Nə qədər ki, İslam dünyası İsrailə qarşı münasibətini ortaya qoymayıb, çətinliklər, İsrailin Fələstinə hücumu davam edəcək”
Ərdoğan onu da bildirib ki, Türkiyə bundan sonra da İsraillə münasibətlərini normallaşdırmayacaq: “İsrail bu anda terror törədir və soyqırımı edir”.