Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Manisanın Soma qəsəbəsindəki kömür mədənində baş vermiş faciəli hadisə ilə bağlı açıqlama verib. "Kömür şaxtasındakı qardaşlarımızı xilas etmək üçün fəaliyyət davam edir. Ümid edirik ki, dəyərli qardaşlarımızı xilas etmək imkanını itirməyəcəyik. Bütün fəhlə qardaşlarımızın və yaralıların ailələrinə səbr diləyirəm" - deyə baş nazir bildirib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, R.T.Ərdoğan bildirib ki, hadisə barədə xabəri alar-almaz bölgədəki uyğun qurumlar xilasetmə işlərinə başlayıblar.
Ölkə mediasının yaydığı xəbər görə, Ərdoğan Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızı Somaya göndərdikdən sonra xilasetmə işləri barədə səhiyyə nazirindən və bölgədəki hökumət təmsilçilərindən məlumat alıb.