Ərdoğan bu il də ermənilərə çağırış edəcək
11 aprel 2015 01:55 (UTC +04:00)

Ərdoğan bu il də ermənilərə çağırış edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan evə dönərkən jurnalistlərlə söhbətində 1915-ci il hadisələri ilə bağlı ermənilərə növbəti çağırış məsələsinə də toxunub.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə,  jurnalistlər prezidentə ötən il onun ermənilərə başsağlığı verməsini xatırladaraq bu ilin strategiyası ilə maraqlanıblar.

 

Türkiyə prezidenti cavab verib ki, bu il çağırış aprelin 23-də, İstanbulda “Dünya sammiti”nin gedişində səslənəcək.

 

Ərdoğan bu zaman erməni terror təşkilatı ASALA-nın Çanaqqla mərasimlərinə qatılmaq istəyən prezidentləri hədələdiyini də söyləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar