Ərdoğan BMT TŞ-nin tərkibini dəyişməyə çağırdı
22 oktyabr 2015 23:56 (UTC +04:00)

Ərdoğan BMT TŞ-nin tərkibini dəyişməyə çağırdı

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının tərkibinin ədalətsiz olduğunu qeyd edərək onun dəyişdirilməsinə çağırıb.    

 

“BMT Təhlükəsizlik Şurasının tərkibində bircə də olsa müsəlman dövləti  yoxdur. Dünya bütün qitələri təmsil etməyən beş daimi üzvdən daha genişdir. Bu ədalətlidirmi? Dünyanın 200-dək ölkəsi bu beş ölkədən birinin nazı ilə oynamalıdır? Hazırkı tərkib indiki günün reallıqlarına cavab vermir və o dəyişilməlidir”, deyə Ərdoğan Hüquqi Araşdırmalar Assosiasiyasında çıxışı zamanı bildirib.    

 

Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin sayını rotasiya əsasında 10-dan 20-dək çoxaltmaq və onlara daimi üzvlərin səlahiyyətlərinin verilməsini təklif edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar