
Ərdoğan ABŞ-ı qınadı
ABŞ-ın Suriyanın Kobani şəhərinin müdafiəsini təşkil edən kürdlərə silah verməsi düzgün addım olmayıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. Ərdoğan qeyd edib ki, kürdlər üçün nəzərdə tutulan silahın bir hissəsi “İslam dövləti” qruplaşmasının əlinə keçib.
“Atılan addım səhv idi. Çünki ABŞ-ın hərbi-nəqliyyat təyyarəsindən atılan silahın bir hissəsi İŞİD-in əlinə keçdi”, - deyə o vurğulayıb.
R. Ərdoğan, həmçinin, bildirib ki, Kobani ABŞ üçün deyil, Türkiyə üçün strateji önəm daşıyır: “Bu səbəbdən bizim burada atacağımız addımlar önəm daşıyır. Bu həssas məsələdir. Kimyəvi silahlarla öldürülən insanların sayı 1500-1600 nəfərdir, amma adi silahlarla öldürülənlərin sayı 300 mindir. Siz bunlara əhəmiyyət vermirsiniz, əvəzində isə 1500-1600 nəfəri kimyəvi silahla öldürənləri gündəmə gətirirsiniz. Bunun nə məntiq, nə hüquq, nə də vicdanla əlaqəsi ola bilməz”.
Oxşar yazılar

NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17
Əkrəm İmamoğluna hökm oxundu
16 iyul 2025 , 15:02
Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu, həbs edildi
16 iyul 2025 , 13:23
Pul sayan kassir milyonçu oldu
16 iyul 2025 , 13:08
Qadın keçmiş sevgilisini qaçırıb zorladı
16 iyul 2025 , 11:55
Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB
16 iyul 2025 , 07:43