Ərdoğan ABŞ-dan Fətullah Güləni istəyir
30 aprel 2014 03:45 (UTC +04:00)

Ərdoğan ABŞ-dan Fətullah Güləni istəyir

Aprelin 29-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ-dan Fətullah Gülənin ekstradisiyasının tələb etmək niyyətindədir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, “Röyter” bildirib ki, Ərdoğan Çarli Rozaya müsahibəsində bu haqda açıqlama verib.

 

Onun sözlərinə görə, Fətulla Gülən Türkiyənin polis və məhkəmə sistemində böyük nüfuzu var: “O, yalnız Türkiyə üçün deyil, ABŞ üçün də təhlükə mənbəyidir ”.

 

Xatırladaq ki, Fətullah Gülən 1999-cu ildə müalicə olunmaq üçün ABŞ-a gedib və o vaxtdan Türkiyəyə qayıtmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824
avatar

Oxşar yazılar