Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xələfi Abdulla Gülü 2008-ci ildə həyata keçirilən "erməni açılımı" siyasətinə görə tənqid edib. Lent.az-ın sozcu.com-tr-yə istinadən məlumatına görə, Ərdoğan “Ağ Saray’da tarixçilərlə görüşündə 1915-ci il olaylarından danışıb və “erməni açılımı” siyasətinə görə sabiq prezidenti tənqid edib.
Tanınmış türkiyəli jurnalist Mustafa Armağan Ərdoğanın Abdulla Gülün Bursada baş tutan Ermənistan-Türkiyə futbol qarşılaşmasını izləməsindən söz açdığını deyib: “Ərdoğan Abdulla Gülün İrəvana gedib oyunu seyr etməsi kimi jestlərin münasibətlərin yumşalmasındansa, qarşı tərəfin əlinə bəhanə verdiyini düşündüyünü dedi. O əlavə etdi ki, Moskvada keçirilən parada qatılmayacaq və Türkiyə bu tədbirdə səfirlik səviyyəsində təmsil olunacaq”.