Ərdoğan: Türkiyə və Rusiya əməkdaşlığı davam etdirməlidir
27 noyabr 2015 06:26 (UTC +04:00)

Ərdoğan: Türkiyə və Rusiya əməkdaşlığı davam etdirməlidir

0

 Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.

 

“Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin yaranmasında maraqlı deyil. Bizim ölkələrimiz arasında yüksək səviyyəli məşvərət şurası fəaliyyət göstərir, bizim aramızda inkişaf etmiş iqtisadi münasibətlər mövcuddur. Biz Rusiya kimi ölkə ilə münasibətlərdə gərginliyin  yaranmasında maraqlı deyilik”, deyə Ərdoğan qeyd edib.    

 

“Türkiyə insidentin baş verməsini qətiyyən arzulamırdı, lakin, təəssüf ki, o baş verdi. Lakin biz onu gərginliyin mənbəyi kimi qiymətləndirmirik. Bizim ölkələr bir-birinin əlini sıxaraq  əməkdaşlığı davam etdirməlidir”, deyə Türkiyə prezidenti qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar