Ərdoğan: "Vaxt çatdı"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş terror aktı ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan artıq hərəkətə keçməyin vaxtının çatdığını bəyan edib.
"Terrorun dini, irqi, vətəni yoxdur. Terrora qarşı beynəlxalq işbirliyi çərçivəsində mübarizə aparmağın vacib olduğu göz önündədir. Bunu illərdir ki, deyirik. Amma deməklə kifayətlənməyib artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusilə vurğulamaq istəyirəm", - Türkiyə prezidenti bəyan edib.
Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə edib.
Şanlıurfadakı terror aktı ilə bağlı Türkiyə baş naziri Əhməd Davudoğlu da açıqlama verib. O bildirib ki, Suruç rayonundakı terror aktı İŞİD terrorçu qruplaşmasının üzvü tərəfindən həyata keçirilib.
195