Ərdoğan: "Rusiya və Suriya kürd terrorçuları üçün dəhliz yaradır"
17 fevral 2016 06:11 (UTC +04:00)

Ərdoğan: "Rusiya və Suriya kürd terrorçuları üçün dəhliz yaradır"

0

Rusiya və Suriya hökumət qoşunları Suriyanın şimalında dinc əhalinin öldürülməsinə yönələn amansız  əməliyyat keçirirlər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib.  

 

Onun sözlərinə görə, Rusiya və Suriya qüvvələri Türkiyə sərhədinə doğru irəliləyərək kürd silahlıları üçün dəhliz yaradıblar.

 

Ərdoğan həmçinin Türkiyənin müttəfiqlərinin tənqidini rədd edib: “Mən bizim Qərb müttəfiqlərimizə bir daha müraciət etmək istərdim: Suriyadakı PYD kürd qruplaşması və onun silahlı qanadı YPG terror təşkilatlarıdır və tarix onların formalaşmasına kömək edənləri bağışlamayacaq”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar