Ərdoğan: “Qərbin Liviya və İraqda məqsədi sülh yox, neftə nəzarətdir”
03 sentyabr 2015 22:07 (UTC +04:00)

Ərdoğan: “Qərbin Liviya və İraqda məqsədi sülh yox, neftə nəzarətdir”

Qərb dövlətləri İraq və Liviyaya sülh və azadlıq gətirmir, onlar bu ölkələrin neft sərvətlərini ələ keçirməyə çalışırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “G-20” çərçivəsində keçirilən sahibkarlar forumunda çıxışı zamanı  deyib.  

 

Ərdoğanın sözlərinə görə, hazırda Türkiyədə 2 milyonadək qaçqın var və dövlət onların güzəranının yaxşılaşdırılması üçün  əlindən gələni edir.   

 

“Biz insanıq və ölümdən qaçanların bombalar altında ölməsinə göz yuma bilmirik”, deyə Türkiyə prezidenti bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar