Ərdoğan: “İŞİD”-ə qarşı quru əməliyyat keçirmək lazımdır
07 oktyabr 2014 22:26 (UTC +04:00)

Ərdoğan: “İŞİD”-ə qarşı quru əməliyyat keçirmək lazımdır

APA-nın verdiyi xəbərə görə, Ərdoğan Türkiyənin cənubundakı Qaziantep şəhəri yaxınlığında “İslahiyyə” düşərgəsində Suriya qaçqınları qarşısında çıxışı zamanı qeyd edib ki, quru əməliyyat olmadan endirilən hava zərbələri “İŞİD” qüvvələrinin irəliləməsinin qarşısını ala bilməyəcək.     

 

“Tək hava zərbələri ilə terroru aradan qaldırmaq mümkün deyil. Quru əməliyyatın aparılması üçün əməkdaşlıq gərəkdir”.

 

Ərdoğanın sözlərinə görə, Suriyadakı böhranın aradan qaldırılması üçün uçuşsuz zona və təhlükəsizlik zonası elan etmək lazımdır, həmçinin, qeyri-radikal müxalifət qüvvələrinin dəstəklənməsi gərəkdir. O bir daha Türkiyənin Süleyman Şahın Suriyadakı məqbərəsini qorumağa hazır olduğunu qeyd edib.  

 

Türkiyə prezidenti ölkədə müxtəlif ölkələrdən, xüsusən də, Suriyadan gəlmiş 1,5 mln-dək qaçqının olduğunu xatırladaraq, hökumətin onların təminatına 4 mld dollardan çox vəsait ayırdığını qeyd edib.    

“Siz heç vaxt bizim üçün tük olmayacaqsınız. Biz sizə yardım etmişik və edəcəyik. Qərb isə yalnız müşahidə edir. Onlar yalnız danışırlar, amma, nə isə etmək lazım gəldikdə -  onları tapmaq olmur. Avropa yalnız 130 min qaçqın qəbul edərək, sərhədləri bağladı. Biz Qərb dövlətlərindən qaçqınlara yardım üçün cəmi 200 mln dollar aldıq, bütün qalan vəsaitləri Türkiyə öz büdcəsindən ayırıb”, deyə Ərdoğan qeyd edib.

 

Xatırladaq ki, “İŞİD” qüvvələrinin kürd muxtariyyətinin ən iri mərkəzlərindən biri olan Kobani şəhərinə hücumu davam edir, 60-dək kürd kəndi terrorçuların nəzarəti altına keçib. Kobaninin  140 minədək dinc sakinin Türkiyəyə qaçdığı, Türkiyədən isə döyüş bölgəsinə 1500-dək kürd könüllülərinin gəldiyi bildirilir.

 

Qeyd edək ki, Türkiyə hökumətinin Suriyadakı münaqişəyə müdaxilə etməmək siyasətinə etiraz olaraq Türkiyənin bir çox şəhərlərində kürd əhalisi aksiyalar keçirilib. Aksiyalar zamanı etirazçılar və polis arasında qarşıdurma baş verib.   

# 1362
avatar

Oxşar yazılar

HAMAS-dan bir ilk

HAMAS-dan bir ilk

26 may 2024 , 19:37
Keşiş baş nazir olmaq istəyir

Keşiş baş nazir olmaq istəyir

26 may 2024 , 18:11
Kobaxidze əsas məqsədlərini açıqladı

Kobaxidze əsas məqsədlərini açıqladı

26 may 2024 , 17:22
Torpaq sürüşməsi 670 nəfəri öldürdü

Torpaq sürüşməsi 670 nəfəri öldürdü

26 may 2024 , 14:01
Salome Zurabişvili, Gürcüstanın prezidenti

Gürcüstan prezidentinə vətənə xəyanət İTTİHAMI

26 may 2024 , 13:23
Ermənistanın yolu kəsildi

Ermənistanın yolu kəsildi

26 may 2024 , 10:04
Oyun meydançası yandı, 27 ölü var -YENİLƏNİB

Oyun meydançası yandı, 27 ölü var-YENİLƏNİB

26 may 2024 , 03:45
İki motosklet və bir maşın toqquşdu, ölən və yaralananalar var

İki motosklet və bir maşın toqquşdu, ölən və yaralananalar var

26 may 2024 , 02:22