Aprelin 11-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Hüquqçular dərnəyinin sertifikat mərasimində çıxış edib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hökumət başçısı 2013-cü il dekabrın 17-də “korrupsiya əməliyyatı” adı altında keçirilən əməliyyatdan da danışıb.
“Dekabrın 17-də keçirilən əməliyyata “çevriliş” deyəndə daxildə və xaricdə bunu qəbul etmirlər. Ancaq dekabrın 17-dəki əməliyyat bal kimi hökumət çevriliş id” –deyə, baş nazir vurğulayıb.