Sabah Sankt-Peterburqda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq. Lent.az xəbər verir ki, bununla bağlı Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib və həmin görüşün müzakirə mövzusu olmadığını bildirib.
Bildirilir ki, iki lider keçən ay Antalyada keçirilən G20 sammiti çərçivəsində dekabrın 15-də Sankt-Peterburqda görüş keçirmək barədə razılıq əldə ediblər. Lakin sonrakı proseslərdən sonra rəsmi Moskva bir çox tədbirlər kimi bu görüşü də təxirə salıb.