APA-nın Haberler.com xəbər portalına istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi faktı təsdiqləyərək, yaralananlar arasında daha 5 Türkiyə vətəndaşının olduğunu bildirib.
Reuters agentliyinin məlumatına əsasən, ABŞ konsulluğu qarşısında törədilən partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.
Bundan əvvəl ölənlərin sayının 3-ə, yaralananların isə 14-ə çatdığı bildirilirdi.
ABŞ dövlət departamentinin məlumatına əsasən, konsulluğunun əməkdaşları arasında zərər çəkən yoxdur.
***
İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış törədilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
İlkin ehtimala görə, hədəfdə konsulluğun əməkdaşları olub. Partlayıcı maddənin konsulluğunun qarşısında saxlanmış avtomobildə işə düşdüyü bildirilir.