Türkiyənin keçmiş baş naziri, mərhum Nəcməddin Ərbakanın mirası ilə bağlı mübahisəyə son qoyulub.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, mirasın üç övlad arasında bərabər bölünməsi haqda məhkəmə qərar çıxarıb.
N.Ərbakan vəfat etdikdən sonra ailə üzvləri arasında miras üstündə mübahisə yaranmışdı.
Mənbə xatırladıb ki, iki il öncə keçmiş baş nazirin qızı Zeynəb Ərbakan mirasın qardaşı Fateh və bacısı Əlif tərəfindən bərabər bölünmədiyi iddiası ilə məhkəməyə şikayət edib. Məhkəmə prosesi Zeynəb Ərbakanının haqlı olduğunu müəyyənləşdirib və Fatehlə Elif bu qərara etiraz etməyib.
Məlumata əsasən, Nəcməddin Ərbakandan bir milyon 230 min 500 dollar valyuta və 148 kiloqram qızılın qaldığı iddia edilir.