Ər Riyad Ankara ilə Birgə Strateji Şura yaradır
30 dekabr 2015 01:55 (UTC +04:00)

Ər Riyad Ankara ilə Birgə Strateji Şura yaradır

Səudiyyə Ərəbistanı və Türkiyə arasında Birgə Strateji Şuranın yaradılmasına dair razılıq əldə olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ər Riyadda keçirdiyi birgə mətbuat konfransında bildirib.   

 

“Kral Salman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Birgə Strateji Şuranın yaradılmasını müzakirə edib.  Strateji Şuranın yaradılması Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərində uğurlu irəliləyişə nail olmağa imkan yaradacaq”, deyə Adil əl Cubeyr qeyd edib.  

 

Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 29-da Ər Riyada ikigünlük səfərə gəlib. Danışıqlar çərçivəsində ikitərəfli münasibətlərin və regional problemlərin müzakirəsi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar