İngiltərənin ən yüksək tirajla çıxan iki qəzeti, “The Sun” və “Daily Mirror” son günlərdə dünyanın ən utanmaz atasından yazır.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, İngiltərənin Uels bölgəsində yaşayan Mike Hoplinkin 20 qadından 40 uşağı var. 56 yaşlı kişi 10 ildir işsizdir və həyatını qadınlarla birlikdə keçirir.
“Utanmaz ata” ünvanını qazanmış Hoplink mediaya açıqlamasında “Uşaqlarımın dünyaya gəlməsinə sevinirəm. Qadınları sevirəm. Tanrı çoxalmağa əmr edib. Mən də çoxalıram” deyib. Uşaqlarının çoxunu tanımayan və adlarını bilməyən ata dövlətdən külli miqdarda maddi yardım alır. Uşaq evləri Hoplinkin uşaqlarının 16-nı əlindən alıb. Buna baxmayaraq o, uşaqlarının dünyaya gəlməsini istədiyini deyir. Utanmaz atanın ən kiçik uşağının 3, ən böyüyünün 37 yaşı var. 21-ci sevgilisi isə hazırda hamilədir və övladının dünyaya gəlməsini səbirsizliklə gözləyir.