Rusiyada baş verən ağlasığmaz hadisə ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 47 yaşlı rus alim Anatoli Moskvin təxminən 150-yə yaxın uşaq meyitini qəbirdən çıxarıb və evinə apararaq mumyalayıb. 7 dil bilən və onlarla kitab, araşdırmalar müəllifi olan rus alimin bu hərəkətləri heç kimə məlum olmayıb. Maraqlıdır ki, o, 150 uşaq meyitini mumyaladıqdan sonra, qurbanların doğum günlərində xüsusi ad günü keçirib və əyinlərinə ən dəbdəbəli paltarlar geyindirib. Bu qurabalarından biri də azyaşlı Olqa Kardimova olub.
Bildirilir ki, 2001-ci ildə 9 yaşında olarkən ölən Olqa da A.Moskvinin "sevimli"lərindən olub. Alimin əməlləri üzə çıxandan sonra qızının meyitinin aqibətindən xəbərdar olan O.Kardimovanın anası özündən gedib. Televizorda xəbərləri izləyən qadın 10 il öncə basdırdığı qızı efirdə 9 yaşında olduğu kimi görüb və şok yaşayıb.
Məhkəmə qarşısına çıxarılan 47 yaşlı Anatoli Moskvin ruhi dispanserə göndərilib. Rus alimin şizofreniya xəstəliyinindən əziyyət çəkdiyi əsas gətirilib.