Əlil evinə gələn həkimləri girov götürdü
05 noyabr 2014 12:34 (UTC +04:00)

Əlil evinə gələn həkimləri girov götürdü

Rusiyada 49 yaşlı kişi həkimləri girov götürüb. Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, hadisə bu gecə Volqoqrad vilayəti, Kamışne şəhəri, Metallurq küçəsi, ev 21-də baş verib. 3-cü qrup əlil evinə çağırdığı təcili yardım briqadasının 2 feldşerini girov götürüb və əlindəki qumbaranı partlatmaqla hədələyib. Onun tələbi isə Səhiyyə Nazirliyinin Kamışneşəhəri üzrə şöbə müdiri ilə görüşmək olub.

 

Hadisə yerinə gəlmiş polis əməkdaşlarınınapardığı danışıqlarından sonra feldşerlər sərbəst buraxılıb. Bundan sonra isə əlil kişi evdən bayıra çıxaraq təslim olub. O, F-1 qumbarasını təhvil verib.

 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030
avatar

Oxşar yazılar