Əli Xamenei Məkkədəki faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırdı
25 sentyabr 2015 04:43 (UTC +04:00)

Əli Xamenei Məkkədəki faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırdı

İranın ali dini lideri Əli Xamenei Məkkədə Qurban Bayramı günü baş vermiş  faciəyə görə Səudiyyə Ərəbistanının hakimiyyətini günahlandırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

“Səudiyyə Ərəbistanı hökuməti bu faciəli insidentə görə məsuliyyəti öz üzərinə götürməlidir... Faciəyə səbəb qeyri-səmərəli və bədəməl hərəkətlər olub”, deyə ayətullahın bəyanatında bildirilir.

 

Qeyd edək ki, ötən gün Məkkə yaxınlığında izdiham nəticəsində 717 zəvvar ölüb, 900-dək insan xəsarət alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231

Oxşar yazılar