Əlcəzairin keçmiş baş naziri 69 yaşlı Əli Benflis ötən gün keçirilən prezident seçkisində ikinci olub. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, o, seçkinin nəticələrini tanımadığını və “kütləvi saxtakarlığın” olduğunu bildirib.
“Saxtakarlığa şərik olmamaq üçün mən bu seçkinin nəticələrini tanımıram”-deyə, Benflis bəyan edib.
O, tərəfdarlarını “siyasi mübarizəni davam etdirməyə” çağırıb.
Xatırladaq ki, ölkənin daxili işlər naziri Tayyib Belaiz hazırkı prezident Əbdüləziz Buteflikin 81,53 faiz (8,3 milyon çox səs) səslə qalib gəldiyi haqda açıqlama verib. O, Əli Benflisin 12,18 faiz (1,2 milyondan çox), “əl-Müstakbal” Cəbhəsi Partiyasının namizədi Əbdüləziz Belaidin isə 3, 36 faiz (343 minə yaxı səs) səs topladığını bildirib.