Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Elbrusda ukraynalı turistin cəsədini aşkarlayıb.
Lent.az-ın “İnterfaks”-a istindən məlumatına görə, o, mayın 5-dən axtarışda olub.
Məlumata əsasən, onun cəsədi dəniz səviyyəsindən 4900 metr yüksəklikdə, dağın cənub-şərqində vertolyot vasitəsi ilə aşkar edilib.
Onun cəsədi Tərskol qəsəbəsinə endirilib və qohumlarına təhvil verilib.
Mənbə xatırladıb ki, 12 gün öncə 3 nəfərlik qrupun üzvlərindən biri xilasetmə xidmətinə müraciət edərək, azdığını və iki yoldaşını itirdiyini bildirib.
21 nəfər və 3 texnika axtarış - xilastemə əməliyyatına cəlb edilib.
Zəng edən aşkarlansa da Moskva sakini və Ukrayna vətəndaşıtapılmayıb.