Əl Bağdadi şəhəri İŞİD-dən azad edildi
14 fevral 2015 23:40 (UTC +04:00)

Əl Bağdadi şəhəri İŞİD-dən azad edildi

İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının silahlılarından azad edib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Press TV telekanalı xəbər yayıb. 

 

Qeyd edək ki, ölkənin qərbindəki Anbar vilayətində yerləşən Əl Bağdadi şəhəri fevralın 12-də terrorçuların nəzarətinə keçib.  

 

“Şəhər təhlükəsizlik qüvvələri, ordu və könüllülər dəstələrinin birgə əməliyyatı nəticəsində azad olunub. Xeyli terrorçu məhv edilib”, deyə Anbar qubernatorunun müavini Əziz Xəlif ət Tərmuz bildirib.  

 

Əməliyyat bu gün səhər saatlarında terrorçuların “Ayn Əl Əsəd” aviasiya bazasına hücum cəhdindən sonra başlayıb.

 

Qeyd edək ki bu bazada 300 ABŞ  dəniz piyadalı iraqlı hərbçilərə təlim keçir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 123
avatar

Oxşar yazılar